21:2320 07 2026
0
QOLLARIN OVÇUSU GÖY-QARA FORMADA! ⚽🔥
RƏSMİ | QOLLARIN OVÇUSU GÖY-QARA FORMADA! ⚽🔥
Qələbələrə gedən yol qollardan keçir. Həmin yolu yaxşı tanıyan futbolçulardan biri də artıq Marafon İK-dadır.
Azərbaycan II Liqasının son mövsümünün bombardirlərindən biri olan Tofiq Nəsibov bundan sonra Marafon İK-nın uğurları üçün mübarizə aparacaq.
Rəqib qapısı önündə təhlükə yaratmağı bacaran, qol duyumu və hücum instinkti ilə seçilən yarımmüdafiəçi yeni mövsümdə göy-qara azarkeşlərinə sevinc yaşatmaq üçün meydana çıxacaq.
İndi onun hədəfi dəyişməzdir — Marafon İK ilə yeni qollar, yeni qələbələr və yeni uğurlar qazanmaq.
Qol sənin işindir, Tofiq!




