
00:1803 01 2021
0
Azərbaycan çempionunun oyununun vaxtı dəyişdirildi - Çempionlar Liqası
Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə Azərbaycan çempionu "Araz" arasında keçiriləcək oyunun vaxtı dəyişdirilib.
Naxçıvan təmsilçisinin idman direktoru Marat Salyanski məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, qarşılaşma daha əvvəl nəzərdə tutulduğu kimi noyabrın 29-da deyil, bir gün tez baş tutacaq. Salyanski bu addımın qarşı tərəfin istəyilə atıldığını bildirib: "Pandemiya ilə bağlı Yunanıstandakı vəziyyətə görə xahiş etdilər ki, oyun bir gün tez keçirilsin. Hətta vaxtı da dəyişdirdilər. Matç əvvəlcə 23:00-da başlamalı idi. Son qərara əsasən, görüşün start fiti Bakı vaxtı ilə saat 16:30-da veriləcək".
İdman direktoru səfər proqramının hələ bəlli olmadığını söyləyib: "Komanda üzvləri noyabrın 25-dən testdən keçəcəklər. Bundan sonra yekun heyət və səfər planı məlum olacaq".
Qeyd edək ki, cütün qalibi bir oyunla müəyyənləşəcək.