marafon
  • zəng

    Bizə zəng edin
    (012) 563 35 32

  • Giriş

     

    Qeydiyyat

  • Əsas
  • İdman Növləri
    • Mini Futbol
    • Futzal
    • Teqball
    • Footvolley
    • Boks
    • Güləş
    • Karate
    • MMA
    • Fitnes
    • Çimərlik Marafon
  • Dərs Cədvəl
  • OYUNÇULAR
  • MAĞAZA
  • Əlaqə
Marafon.AzFutzal“Araz” ilk oyunda məğlub oldu
18:3127 12 2020
  0

“Araz” ilk oyunda məğlub oldu

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına start verilib. “Red Line”nin rəqibi “Premier” komandası oyuna gəlmədiyinə görə, ilk matç baş tutmayıb. Günün ikinci oyununda isə kubokun 2 il əvvəlki sahibi “Marafon” fasiləyə qədər 4 cavabsız top vurub. Fasilədən sonra daha 2 top vuran Yüksək Liqa təmsilçisi cavab oyununu bir növ formallığa çevirib. 

Gözlənilməz nəticə isə “Araz” – “Baker Tilly” görüşündə qeydə alındı. Son çempion ardıcıl 2 qol vursa da, rəqibin 4 dəfə Kamranı məğlub etməsinin qarşısını ala bilmədi. Yeri gəlmişkən, birinci hissənin sonuna yaxın Kamran zədələndiyindən, “Araz” oyunu sona qədər 5 meydan oyunçusu ilə keçirdi. Ramiz Çovdarov həm də qapıçı funksiyasını yerinə yetirməli oldu. Son dəqiqədə Çovdarov 2 qol vursa da, komandasını məğlubiyyətdən qurtara bilmədi.

Günün son oyununda eyni liqanın təmsilçiləri üz-üzə gəldi. Qarşılıqlı hücumlarla müşayət olan matçda hesabı nominal qonaqlar açsa da, üstünlük cəmi 16 saniyə çəkib. Nurəli hesaba tarazlıq gətirdikdən sonra bir də hissənin sonuncu dəqiqəsində fərqləndi. İkinci hissənin startında dubl edən Ramazan Abbasov komandasını hesabda önə keçirdi.

Yeri gəlmişkən, bütün oyunlar azarkeşsiz keçirildi.

Saat 19:45 Marafon – Atletiko Baku (4:0) 6:0
Hakimlər: Nahid Xasıyev, Ziya Nəsirov, Hacıəli Ağayev
Qollar: Farid Mazaherichorası, 01:02, 36:18, Shahab Shahnazian, 03:35, Majid Khazaei, 08:50, Elşən  İbrahimxəlilov, 14:46, 24:27
Sarı vərəqələr: Tofik Mikayılov, 19:44 // Vasif İsmayılov, 19:44, Sumray Kazımov, 20:42
 
Saat 21:15 Araz – Baker Tilly (2:4) 6:7
Hakimlər: Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Mahir Məmmədov
Qollar: Sunay  Həsənov, 08:33, Qurban  Qurbanov, 09:44, 21:52, 31:51, Ramiz Çovdarov, 37:41, 38:10 // Yadulla Əmirəliyev, 09:56, Emil Məmmədov, 11:47, 12:13, 32:30, Rüstəm Bagirzadə, 18:06, 29:20, Turxan Quliyev, 27:45          
 
Saat 22:45 Advokat – Star kargo-2  (2:1) 3:5
Hakimlər: Ramil Namazov, Ceyhun Hüseynov, Elmir Quluzadə
Qollar: Nurəli Əsədov, 17:33, 19:44, Ceyhun Əhmədov, 27:25 // Adəm Agabaliyev, 17:17, 32:19, Ramazan Abbasov, 20:21, 21:30, Turan Babayev, 27:05
Sarı vərəqə: Ramal Hüseynov, 15:52
 
Kubokun iki oyunu martın 12-də “Olimpik Star”da keçiriləcək. Neftçi – Badamlı və Nəqşicahan – Baku Fans oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.
Saat 19:45 EKOL – Standard
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Fuad Həsənov
Saat 21:15 Hövsan – Yurd MFK
Hakimlər: Mehman Mahmudov, Elvin Ağayev, Vüsal Balaşov
Bu Yazını Paylaşın

Şərh Yaz
Etkadan kənar şərh yazmaq olmaz

  • Zəng tələb edin
  • Bizə yazın

Marafon FK

Marafon klubu 2015-ci ildə təsis edilib.

2017/2018-ci il mövsümündə Yüksək Liqanın gümüş medalını və Azərbaycan kubokunu qazanıb.

Ünvan / Əlaqə

  • Ünvan: Binəqədi r. A.Geraybeyli 28 B
  • E-poçt: [email protected]
  • Telefon: (012) 563 35 32
  • İş saatları: 9.00 - 18.00

İdman Növləri

  • Mini Futbol
  • Futzal
  • Boks
  • Güləş
  • Karate
  • MMA
  • Fitnes
  • Çimərlik Marafon
Sayt Məmmədov Ülvi tərəfindən yığılıb.
© 2020 MARAFON.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Daxil Ol
Qeydiyyat Unutdun ?