marafon
  • zəng

    Bizə zəng edin
    (012) 563 35 32

  • Giriş

     

    Qeydiyyat

  • İdman Növləri
    • Futbol
    • Mini Futbol
    • Futzal
    • Teqball
    • Footvolley
    • Boks
    • Güləş
    • Karate
    • MMA
    • Fitnes
    • Çimərlik Marafon
  • Futbol
    • Marafon Futbol Klubu (Sabirabad)
    • Uşaq Futbol Məktəbi
    • AFFA Region Liqası
  • Marafon futbol klubu
    • Rəhbərlik
    • Məşqçilər
    • Əsas heyət (futbolçular)
    • Texniki heyət
  • Dərs Cədvəl
  • MAĞAZA
  • Əlaqə
Marafon.AzÇimərlik Marafon“Zirə” Super Liqanın qalibi olub
15:0024 06 2019
  0

“Zirə” Super Liqanın qalibi olub

AFFA-nın dəstəyi, Çimərlik Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda mübarizə aparıb. Final oyununda “Marafon Sabirabad”ı 3:0 hesabı ilə məğlub edən “Zirə” turnirin qalibi olub. Üçüncü yeri isə “Şuşa Qarabağ” üzərində 4:2 hesabı ilə qələbə qazanmış “Neftçi” tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final oyununu idarə etmiş hakimlərə diplomlar təqdim olunub. Elçin Qasımov (“Zirə”) ən yaxşı qapıçı, Orxan Məmmədov (“Marafon Sabirabad”) ən yaxşı oyunçu seçilib. Sabir Allahquliyev (“Zirə”) turnirin bombardiri olub. Federasiyanın vitse-prezidenti Fərid Axundov oyunların canlı yayımını təşkil edən CBC Sport televiziya kanalının baş direktoru Volkan Üstə plaket təqdim edib. Üçüncü yerin sahibi “Neftçi”yə bürünc, “Marafon Sabirabad”a gümüş, “Zirə”yə isə qızıl medallar, diplomlar və kuboklar, eyni zamanda müvafiq olaraq 500, 1000 və 1500 manat pul mükafatı təqdim olunub.
Mükafatlandırma mərasimində Azərbaycan Çimərlik Futbol Federasiyasının vitse-prezidenti Fərid Axundov, çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov, köməkçi məşqçi Hikmət Bağırov, federasiyanın direktoru Rüfət Həsənov, AFFA-nın Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov və CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst iştirak ediblər.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Bu Yazını Paylaşın

Şərh Yaz
Etkadan kənar şərh yazmaq olmaz

  • Zəng tələb edin
  • Bizə yazın

Marafon FK

Marafon klubu 2015-ci ildə təsis edilib.

2017/2018-ci il mövsümündə Yüksək Liqanın gümüş medalını və Azərbaycan kubokunu qazanıb.

Ünvan / Əlaqə

  • Ünvan: Binəqədi r. A.Geraybeyli 28 B
  • E-poçt: [email protected]
  • Telefon: (012) 563 35 32
  • İş saatları: 9.00 - 18.00

Digər Saytlarımız

  • Avesta.Az
  • Teqball.Az
  • Thefootvolley.com
  • Qelebe.Az
  • Sabirabadxeber.Az
  • Futnet.az
Sayt Məmmədov Ülvi tərəfindən yığılıb.
© 2020 MARAFON.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Daxil Ol
Qeydiyyat Unutdun ?